Suğra Bağırzadə "Fayda, şərəf və şöhrət"ordeni ilə təltif edilib
Əməkdar artisti Suğra Bağırzadə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən "Fayda, şərəf və şöhrət"ordeni ilə təltif edilib.SİA-nın məlumatına görə, bir müddət öncə Suğra xanım adıçəkilən ittifaqın "Vəzifə və Şərəf" ordeninə, Türk Dünyası Beynəlxalq Tədqiqatlar Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz", "Türk Dünyasında İlin Mədəniyyət Adamı" mükafatlarına və "Fəxri Doktor" adına layiq görülüb. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının kollektivi Suğra Bağırzadəni təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB