Berri Uols Milli Kitabxanada olub FOTOLAR

Berri Uols Milli Kitabxanada olub FOTOLAR

Avstraliyanın Məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi cənab Berri Uols Milli Kitabxanada olub. SİA-nın məlumatına görə, qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Elektron kitabxana Layihəsinin məsləhətçisi olan cənab B.Uols əvvəlcə Layihə haqqında məlumat verib. O, bu elektron kitabxanada bütün hüquq ədəbiyyatını toplanmaq istədiklərini bildirmiş, eyni zamanda müəllif hüquqlarının qorunmasının zəruriliyinə də toxunub.

Azərbaycan Milli Kitabxanasının bu sahədə təcrübəsindən danışan cənab K.Tahirov beynəlxalq məsləhətçiyə hər sahədə yardım etməyə hazır olduqlarını bildirib. Bir neçə il əvvəl cənab nazirimizin göstərişi əsasında Ali məhkəmənin kitabxanasının yaradılmasında Milli Kitabxananın yaxından iştirak etdiyini bildirib, hətta kitabxananı müəyyən sayda hüquq ədəbiyyatı ilə təmin etdiyini söyləyib. Cənab Uols hüququn müxtəlif sahələrinə dair ədəbiyyatın, monoqrafiyaların çapına dəstək olacaqlarını və həmin ədəbiyyatların elektron kitabxanaya yerləşdiriləcəyini bildirib.

Kitabxana ilə tanış olan cənab Uols Azərbaycan oxucularının hüquq sahəsində daha çox hansı ədəbiyyatı oxuduqları, bu sahədə daha çox hansı dövri mətbuata müraciət etdikləri ilə maraqlanıb.

Görüşün sonunda beynəlxalq məsləhətçi Elektron kitabxananın yaradılmasında Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa ümid etdiyini bildirmiş, oxucular arasında sorğu keçirməyə şərait yaradılmasını xahiş edib.

Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, "Azərbaycan mətbəxi" (ingilis dilində) və b. kitablar qonağa hədiyyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə