Bilik Fondu və MEMM arasında MEMORANDUM imzalandı FOTOLAR

Bilik Fondu və MEMM arasında MEMORANDUM imzalandı FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında mövcud qanunvericiliyə və öz nizamnamələrinə uyğun olaraq Anlaşma Memorandumu imzalanmışdır.

Fondun icraçı direktoru Oktay Səmədov və Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək bildirdilər ki, Memorandumun məqsədi Bilik fondu və Elmi-Metodiki Mərkəz arasında işgüzar elmi-mədəni əlaqələrinin qurulması, respublikamızda fəaliyyət göstərən aidiyyatı sahələrin əməkdaşları üçün təlimlər, prioritet istiqamətlərdə müxtəlif maarifləndirici aksiya və seminarlar keçirməklə ölkə vətəndaşları üçün fayda verəcək bilik və bacarıqların artırılması, göstərilən sahəyə müvafiq yeni elmi-metodiki üsulların axtarışları, habelə daha kreativ biliklərin mənimsənilməsi və tətbiqinə nail olmaqdır.

Tərəflər müasir kadrların bilik və potensialından səmərəli istifadəsi sahəsində bərabərhüquqlu, qarşılıqlı və uzunmüddətli əməkdaşlıq edəcəklərini vurğulamışlar.

Qeyd edək ki, imzalanma mərasimində Memorandumun icrası üçün Tərəflərdən ibarət koordinasiya qrupu yaradılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə