Yanvarın 14-də Rusiya Federasiyasının Başkortostan Respublikasının paytaxtı Ufada, Başkortostan Dövlət Opera və Balet Teatrında SSRİ Xalq Artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" üçpərdəli baletinin premyerası olacaq. SİA-nın məlumatına görə, səhnə əsərinin quruluşçu dirijoru Başkortostanın Əməkdar İncəsənət Xadimi German Kimdir. Ətraflı məlumatı http://www.bashopera.ru/repertoire/ballet/4762/ linkindən öyrənmək olar.
"Məhəbbət əfsanəsi" baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB