M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş kitab sərgisi açılıb. SİA-nın məlumatına görə, "Əziz Əliyev- 120" adlı kitab sərgisində alimin elmi əsərləri, haqqında yazılmış Azərbaycan və rus dillində olan kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Hər kəsin ziyarət edə biləcəyi kitab sərgisi bir həftə davam edəcək.
Qeyd edək ki, Milli Kitabxanada mütəmadi olaraq Azərbaycanın görkəmli ədəbilərinin və elm adamlarının xatirəsinə həsr olunmuş kitab sərgiləri açılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB