Muzeyin Xüsusi fondunun incilərindən baş bəzəyi

Muzeyin Xüsusi fondunun incilərindən baş bəzəyi

Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Xüsusi fondda Azərbaycan xanımlarının XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid çoxçeşidli baş bəzəkləri mühafizə olunmaqdadır. SİA-nın verdiyi məlumata görə, onlardan biri də Qarabağ ustalarının bacarıqlı əllərindən çıxmış gümüş "başlıq"dır.

"Başlığ"ın alınlıq hissəsi qarasavat işləmə texnikası ilə nəfis bitki naxışlarla, arxa hissəsinin zəncirlər silsiləsi isə gümüş sikkələr və incə asma qozalarla bəzədilib.

Alınlıq hissənin daxili hissəsində h. "1337" (m. 1918/1919) tarixi həkk edilib. Bu da öz növbəsində zərgərlik nümunəsinin hazırlanma tarixi dəqiqləşdirməyə əsas verir.

Muzeydə mühafizə olunan digər maddi-mədəniyyət nümunələri kimi "başlığ"ın da gələcək nəsillərə ötürülməsi üçün xüsusi diqqət ayrılıb. Belə ki, zərgərlik nümunəsi Bərpa laboratoriyasının bərpaçı-dizayneri V.Xüdaverdiyev tərəfindən bərpa və konservasiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə