Azərbaycan Rəssamlar İttifaqı hər il olduğu kimi yola saldığımız 2016-cı ildə də müxtəlif mövzulu rəsm sərgisi və ya fotosərgilərin təşkil olunduğu məkan olmaqla yanaşı, həm də təşkilatçısı qismində çıxış edib.
SİA-nın verdiyi məlumata görə, ötən il Azərbaycan Rəssamlar İttifaqında 22 fərdi, 19 ümumi olmaqla 41 sərgi açılıb. Sənət ocağı 10 fotosərgiyə və 31 rəsm sərgisinə təşkilatçılıq edib. İttifaqda 2016-cı ildə təşkil olunan sərgilər ötən illərə nisbətdə çoxluq təşkil edir. Belə ki, 2015-ci ildə İttifaqda ümumilikdə 29, 2014-cü ildə isə 26 sərgi açılıb.
Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqı ölkəmizin ərazisində fəaliyyət göstərən professional rəssamları və sənətşünasları birləşdirən yaradıcı könüllü-ictimai təşkilatdır. İttifaqın strukturunda Naxçıvan, Gəncə və Şəki regional şöbələri fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB