Ukrayna Milli Operasının solistləri Bakıda!

Ukrayna Milli Operasının solistləri Bakıda!

Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Traviata" operası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, səhnə əsərinin bədii səviyyəsini daha da yüksəltmək məqsədilə teatrın rəhbərliyi əsas rolları ifa etmək üçün Ukrayna Milli Operasının solistləri - xalq artisti Olqa Naqornayanı və əməkdar artist, vokalçıların beynəlxalq müsabiqələri laureatı Dmitri Kuzmini dəvət edib.

Tamaşada, həmçinin Opera və Balet Teatrının aparıcı solistləri - xalq artisti Əli Əsgərov, Əməkdar artistlər Cahangir Qurbanov, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova çıxış edəcəklər.

Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə