Əməkdar Artist “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülüb

Əməkdar Artist “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülüb

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təqdimatı ilə ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi mədəniyyətimizin təbliğ sahəsindəki xidmətlərinə görə AMM-nin "Azərbaycan qızları" rəqs ansamblının rəhbəri, Azərbaycanın Əməkdar Artisti Kövkəb Əliyevanı "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edib. SİA-nın AZƏRTAC-a istinadən məlumatına görə, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev AMM-də döş nişanını Kövkəb Əliyevaya təqdim edib, ona yaradıcılığında uğurlar arzulayıb.

Gənc soydaşlarımıza Azərbaycanın rəqs sənətini öyrətdiyinə görə qürur hisi duyduğunu söyləyən Kövkəb Əliyeva, xarici ölkələrdə yaşayan həmvətənlərimizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, 80 yaşının tamam olmasına baxmayaraq bu gün də Kövkəb Əliyeva öz fəaliyyətini davam etdirir, xalqımızın zəngin mədəniyyətini təbliğ edir. Onun fəaliyyəti Özbəkistan dövləti tərəfindən də yüksək qiymətləndirilib, dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə