Dövlət Filarmoniyasında “Muğam gecəsi” keçiriləcək

Dövlət Filarmoniyasında “Muğam gecəsi” keçiriləcək

Yanvarın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tamaşaçılara "Muğam gecəsi" adlı konsert proqramı təqdim olunacaq. SİA-nın məlumatına görə, musiqili gecə Azərbaycan televiziyasının "Mədəniyyət" kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Gecədə istedadlı gənc ifaçılar AzTV-nin Əhsən Dadaşov adına "Xatirə" Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnılarını da səsləndirəcəklər.

Ansamblın bədii rəhbəri tanınmış dirijor Adil Bağırovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə