“Səni sevirik, Xəzərim” FOTOLAR

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) uşaq opera teatrının "Səni sevirik, Xəzərim" adlı musiqili tamaşası nümayiş olunub. SİA-nın məlumatına görə, Xəzər haqqında yazılmış musiqili tamaşada orta ixtisas musiqi məktəb-studiyasının şagirdləri iştirak ediblər. Səhnə əsərinin bədii rəhbəri Əməkdar İncəsənət Xadimi, professor Tərlan Seyidovdur.

Tamaşanın quruluşçu rejissorları Elvin Mirzəyev və Nigar Mirzəyeva, musiqi rəhbəri isə Ofeliya Axundovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə