“Tık-tık” xanım tamaşası nümayiş olunub FOTOLAR

“Tık-tık” xanım tamaşası nümayiş olunub FOTOLAR

Bayram ərəfəsində Zaqatala rayon Mədəniyyət Mərkəzində Xalq teatrının hazırladığı "Tık-tık" xanım tamaşası nümayiş olunub. SİA-nın məlumatına görə, Abdulla Şaiqin eyni adlı nağılı əsasında səhnələşdirilən "Tık-tık xanım" tamaşasının rejissoru Əməkdar mədəniyyət işçisi Bayram Qurbanovdur. Tık-tık xanım, kirpi, çoban, tülkü, siçan bəy, aşıq, şaxta baba kimi obrazların yer aldığı tamaşa uşaqların böyük marağına səbəb olub, rəngarəngliyi ilə yüksək əhval-ruhiyyə yaradıb. Tamaşanın nümayişi yanvarın ilk günlərinədək davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə