Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Cənubi Qafqazda mövcud olan alman irsi haqqında film çəkilişlərinin müzakirəsi məqsədilə alman kinorejissoru Fridhelm Brükner ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Cənubi Qafqazda (Azərbaycan və Gürcüstan) mövcud olan alman irsi haqqında filmin çəkilişi barədə Sevda Məmmədəliyevaya məlumat təqdim edilib, həmçinin filmin təqdimatının keçirilməsinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" 30 avqust 2016-cı il tarixində Sərəncam imzalanmış, həmçinin Azərbaycan tərəfinin təşəbbüsü əsasında Gürcüstan və Almaniya ilə birgə YUNESKO-ya təklif irəli sürülmüş və 2016-2017-ci illərdə YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin qeyd olunması barədə YUNESKO tərəfindən qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB