Xalq artistinin həyat və yaradıcılığı gənc istedadların gözü ilə FOTOLAR

Xalq artistinin həyat və yaradıcılığı gənc istedadların gözü ilə FOTOLAR

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin dəstəyilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında görkəmli rus bəstəkarı, SSRİ xalq artisti Sergey Prokofyevin 125 illiyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Şeyla Heydərova görkəmli bəstəkarın həyat və yaradıcılığından danışıb, onun dünya musiqi mədəniyyətinə töhfəsini vurğulayıb.

Sonra S.Prokofyevin fotoşəkilləri əsasında slayd-şou göstərilib, bəstəkarın "Romeo və Cülyetta", "Adajio" və "Zoluşka" baletlərindən fraqmentlər nümayiş etdirilib.

Tədbirin sonunda qonaqlar "Sergey Prokofyevin musiqisi uşaqların rəsmlərində" mövzusunda sərgi ilə tanış olublar. Sərgidə təsviri sənət qalereyasında fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri yer alıb. Ən yaxşı rəsmlərin müəlliflərinə diplomlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə