Multikulturalizmə həsr olunmuş konsert keçirilib FOTOLAR

Multikulturalizmə həsr olunmuş konsert keçirilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 2016-cı il "Multikulturalizm ili"nə həsr olunmuş konsert keçirilib. SİA-nın məlumatına görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev, Alban-Udi Xrsitian İcmasının sədri Robert Mobil və digər qonaqlar iştirak ediblər.

Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin "Aysel" rəqs kollektivinin ifasında "Sarı gəlin", "Dənizçi", "Qarabağ", "Qaraçı", "Arzular" və dünya xalqlarının rəqsləri nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə