Vyaçeslav Şaleviç 82 yaşında vəfat edib

Vyaçeslav Şaleviç 82 yaşında vəfat edib

Rusiyanın xalq artisti, aktyor Vyaçeslav Şaleviç dünən vəfat edib. Axşam.az-ın "Ria.ru"ya istinadən məlumatına görə, bu barədə Vaxtanqov teatrının direktoru Kirill Krok xəbər verib. "Ağır xəstəlikdən sonra Vyaçeslav indilərdə xəstəxanada dünyasını dəyişdi", - deyə Krok bildirib. 82 yaşlı xalq artistinin halı dekabrın 1-də səhnədə olarkən pisləşib.

Xatırladaq ki, 1958-ci ildən etibarən bir çox filmlərə çəkilən V.Şaleviç kinoda uğurlu rollar yaradıb. 1998-2011-ci illərdə R.Simonov adına Moskva dramatik teatrının rəhbəri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə