İnsan Hüquqları üzrə Müvəkkili Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib FOTO

İnsan Hüquqları üzrə Müvəkkili Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib. SİA-nın məlumatına görə, görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Fondun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edildiyini qeyd edib. G.Əfəndiyeva Fondun türkdilli xalqların mədəniyyətinin, irsinin mühafizəsinə və təşviq edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri, həyata keçirilmiş tədbirləri, eləcə də gələcək layihələri barədə məlumat verib.

E.Süleymanova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasını Türk dünyasına xas tarixi-mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində töhfə kimi qiymətləndirib, Fondun uğurlu gələcək fəaliyyətinə dair inamını ifadə edib.

Eyni zamanda, tərəflər illik Ombudsmanların Bakı Beynəlxalq Konfranslarının keçirilməsinin əhəmiyyətinə toxunub, bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə