Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Elmi Şurasının iclası keçirilib. SİA-nın məlumatına görə, ATMU-da rektor səlahiyyətlərini icra edən Eldar Aslanov başa çatmaq üzrə olan təqvim ilində universitetin əldə etdiyi uğurlar, keçirilən tədbirlər və gələcək perspektivlərdən danışıb. "Keyfiyyətin təminatı" şöbəsinin müdiri Nərminə Abdullayeva isə semestr və dövlət imtahanlarına hazırlığın vəziyyəti barədə məlumat verib. Universitetin "Turizm və qonaqpərvərlik" fakültəsinin dekanı Rəhman Səfərov, "Xidmət Mühəndisliyi" fakültəsinin dekanı Sevda Vəzirova və "Biznes İdarəçiliyi" fakültəsinin dekan müavini Anar Mirzəyev tədris işinin təşkili və imtahanlara hazırlığın gedişatı ilə bağlı məruzə ediblər. ATMU Elmi Şurasının 2016/2017-ci tədris ilinin birinci yarısının yekunlarına həsr olunan iclasında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova rəhbərlik etdiyi məktəbin birillik fəaliyyəti, universitetin Tədqiqat bölməsinin rəhbəri Qahirə Məmmədova isə Elmi-tədqiqat işlərinin yekun nəticələri barədə məruzələri dinlənildi. Elmi Şuranın iclasında "Turizm və qonaqpərvərlik" fakültəsinin dekanı, "Turizm biznesi" kafedrasının dosent əvəzi Rəhman Səfərovun, "Turizm və qonaqpərvərlik" fakültəsinin dekan müavini, "İnformasiya texnologiyaları və təbiət elmləri" kafedrasının baş müəllimi Flora Ələsgərovanın, "İnformasiya texnologiyaları və təbiət elmləri" kafedrasının baş müəllimi Həmzə İsmayılovun və "İqtisadiyyat" kafedrasının baş müəllimi Elmira Qocayevanın AAK-ın təlimatına uyğun olaraq dosent elmi adı verilməsinə dair vəsadət qaldırılması haqqında, eyni zamanda təqvim ili ərzində müxtəlif kafedralar tərəfindən hazırlanan 47 adda tədris-metodik vəsaitin çapına dair cari məsələlər gizli və açıq səsvermə yolu ilə təsdiq olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB