Elmi-Metodiki Mərkəzin illik fəaliyyətinə həsr olunmuş hesabat toplantısı keçirilib SƏS TV

Elmi-Metodiki Mərkəzin illik fəaliyyətinə həsr olunmuş hesabat toplantısı keçirilib SƏS TV

Gənc Tamaşaçılar Teatrında Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin illik fəaliyyətinə həsr olunmuş hesabat toplantısı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mərkəzin direktoru Asif Usubəliyev, media nümayəndələri və başqaları iştirak edib.

Tədbirdə öncə videoçarx nümayiş olunub.

Mərasimdə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev çıxış edərək, müəssisənin illik fəaliyyətindən, mövcud problemlərdən və prespektiv fəaliyyət istiqamətlərindən danışıb:" İl ərzində müəssiə ümumi iştirakçı sayı 28000 nəfərdən çox olmaqla 100-ə yaxın müxtəlif yönlü tədbirlər keçirilib. O cümlədən: təlim və metodiki tədbidlər, elmi-praktiki konfranslar və seminarlar, yubiley və əlamətdar tarixlər, müqavilələr və əməkdaşlıq əlaqələrinə həsr olunmuş tədbirlər, internet-aksiyalar, fleşmoblar, kütləvi tədbirlər və "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun tədbirlər baş tutub. Onların əksəriyyəti regionlarda keçirilib. Tədbirlərin kontingentinin 60%-i gənc nəsil olsa da, orta yaşlı (30%) və yaşlı (10%) nəsillərdə mövcuddur. Onlardan 34 %-i nazirliyin sistemində çalışır. 66%-i isə sistemdən kənar iştirakçılar olub. Dövr ərzində metodiki köməkliyin göstərilməsi məqsədilə mərkəzin 47 əməkdaşı mütəmadi olaraq 275 dəfə 33 regiona ezam olunub. Mərkəz tərəfindən təşkil olunan təlimlərin coğrafiyası 43 rayondan ibarətdir. Təlimlərdə iştirak edənlərin sayı isə 560 nəfərə çatıb. Müəssisə il ərzində 32 adda olan müxtəlif məzmunlu yeni metodiki vəsait hazırlanıb.

Azərbaycan mədəniyyəti ilə əlaqədar saxtalaşdırılma, mənimsənilmə və təhrif olunma faktlarını özündə əks etdirən müxtəlif əcnəbi internet resuslarının, vikipediya materiallarının monitorinqi nəticəsində Mərkəzin işçi qrupu tərəfindən 246 fakt aşkar olunub.

Müəssisə il ərzində özünün və nazirliyin internet resusları, KİV-lərlə aktiv iş aparıb. Nazirliyin rəsmi saytında mərkəzlərin məlumatlarına baxış sayı 300 çatıb, müxtəlif xəbər portallarında isə 3500-dir. Mətbuatın diqqətini cəlb edən əsas mövzular isə gənc mədəniyyət işçiləri ilə iş, regionları ilə iş, mərkəzin internet resusları və rayonların mədəni həyatı olub".

Qeyd edək ki, tədbirin sonunda mərkəzin işçilərinə nazir tərəfindən yeni vəsiqələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə