Aktyor Anar Seyfullayev rol aldığı tamaşalar haqda söz açıb. SİA-ya açıqlama verən aktyor bunları deyib: "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında balaca və böyüklər üçün tamaşalar hazırlanır. Mən də bir çox tamaşalarda rol almışam. Teatrımızda uşaqları maarifləndirmək üçün bir çox tamaşalar hazırlanır. Balacalara aid olan tamaşalarda oynamaq böyük tamaşalarına nisbətən çətindir. Çünki uşaq psixologiyasını o qədər yaxşı bilməlisən ki, balacaları həmin tamaşaya inandırmalısan. Aktyor it, pişik və yaxud digər heyvan obrazlarını elə peşəkar oynamalıdır ki, uşağı inandırsın. Odur ki, hər bir aktyor təcrübəli olmalıdır. Mən də çalşıram ki, bu sənətin dəyərliyini bilmək üçün qocaman aktyorlardan nələrisə öyrənim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB