Müsabiqənin qalibləri mükafatlandırılıb

Müsabiqənin qalibləri mükafatlandırılıb

Bu gün Mədəniyyət və Turizm Nazirliyi və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi təşkil edilən "BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə ilk olaraq mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edib.

O, 2016-cı ilin "Multikulturalizm ili" elan olunduğunu və bu il silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb: "Bu tədbirlər təkcə Bakıda deyil, bir çox rayonlarda baş tutdu. Multikulturalizmin Azərbaycan xalqının həyat tərzidir. BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu mükafatlandırmada qalib olan hər kəsə uğurlar arzu edirəm".

Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli söz alaraq "BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsindən danışıb.

Daha sonra müsabiqə qaliblərinə mükafatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə