Qusar rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş tədbir keçirilib FOTO

Qusar rayonunda “Multikulturalizm ili”nə həsr olunmuş tədbir keçirilib FOTO

Qusar rayon Mərkəzi kitabxanada "Multikulturalizm ili" nə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rayon İcra Hakimiyyəti, ümumtəhsil məktəbləri, mədəniyyət müəssisələri üzrə 85 nəfər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə kitabxanada təşkil edilmiş kitab sərgisinə, milli mətbəx və folklor nümunələrinə baxış keçirib. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Zahir Mustafayev açıb, "Multikulturalizm ili" çərçivəsində həyata keçirilən tədbirlər haqqında danışıb.

Tədbirdə iştirak edən Firuddinbəy Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, xidmət şöbəsinin müdiri Könül Niftiyeva tərəfindən "Kitabxanalar multikulturalizm dəyərlərinin daşıyıçısıdır" layihəsi təqdim olunub.

Sonra Respublikanın Uşaq Kitabxanası tərəfindən tərtib olunmuş "Qusar 2016-cı ilin Azərbaycan Folklor Paytaxtı" kitabı tədbir iştirakçılarına paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə