Rejissor: "Teatrımız heç vaxt tamaşaçı azlığından əziyyət çəkməyib" MÜSAHİBƏ

Rejissor: "Teatrımız heç vaxt tamaşaçı azlığından əziyyət çəkməyib" MÜSAHİBƏ

Əməkdar incəsənət xadimi, rejissor Ağalar İdrisoğlunun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

-Bildiyimiz görə, bir neçə gün bundan öncə tamaşanız Kalmykiada uğur qazanıb...

-Bəli, bu yaxınlarda Kalmykiada qastrol səfərdə idik. Həmin səfər zamanı 4 uşaq tamaşam oynanılıb. Həmin tamaşalar Kalmykiada yüksək səviyyədə qarşılanıb.

-Bir çox tamaşalara rejissorluq etmisiniz. Sizcə, teatrda hansı tamaşalara maraq var?

-Yaş həddinə uyğun olaarq kiçiklər və böyüklər üçün tamaşalar hazırlayıb təqdim edirik. Daha çox uşaq tamaşalarına önəm veririk. Amma xüsusi ilə qeyd edim ki, balaca dostlarımız üçün tamaşa hazırlamaq olduqca çətindir. Rejissorlarımızın əksəriyyəti balacalar üçün tamaşalar hazırlamaqda çətinlik çəkirlər. Çünki uşaqlar üçün tamaşa hazırlayan rejissor uşaqların dəqiq psixologiyasını bilməlidir. Rejissor özünü balaca dostların yerinə qoymalıdır.

-Daha çox uşaq tamaşalarına rejissorluq etməyinizə səbəb nədir?

-Daha çox uşaq tamaşaları hazırlamağıma səbəb onları incəsənətə yönləndirmək istəyirəm. Uşaqların kiçik yaşlarından teatrla bağlı təcrübə yığmlarını istəyirəm. Teatr universitetdir. Tamaşalara baxan hər bir uşağın təvəkkürü yüksək olur.

-Tamaşa hazırlayarkən tamaşaçı qıtlığından əziyyət çəkmisinizmi?

-Bildiyiniz kimi, artıq uzun illərdir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrda çalışıram. Bu vaxtadək teatrımız heç vaxt tamaşaçı azlığından əziyyət çəkməyib. Tam əminliklə deyə bilərəm ki, teatrımız respublikanın ən öndəgedən teatrlardan biridir.

-Yeni illə əlaqədar olaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrda tamaşa hazırlanırmı?

-Bəli, uşaqlar üçün tamaşa hazırlanıb. Tamaşa "Qrinç" adlanır. Həmin tamaşanın rejissoru mən olsamasamda yüksək səviyyədə məşqləri gedir. Bütün balalarımızı həmin tamaşaya dəvət edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə