Natiq Fərzəliyev: "Aktyorlar uşaq tamaşasında oynamaqdan boyun qaçırır"
Aktyor Natiq Fərzəliyev yaratdığı obrazlardan söz açıb. SİA-ya açıqlama verən aktyor uşaqlar üçün hazırlanan tamaşaları canlandırmağın çətin olduğunu diqqətə çatdırıb: "Böyüklər üçün hazırlanan tamaşalarda rol almaq mənim üçün bir o qədərdə çətin deyil. Ancaq uşaqlar üçün ərsəyə gələn tamaşalardakı obrazları canlandırmaq həddindən artıq çətindir. Çünki balaca dostları tamaşada baş verən hadisələrə inandırmalısan. Uşaq tamaşasında oyanayanda zövq alıram. Bir çox aktyorlar uşaq tamaşası çətin olduğu üçün rol almaqdan boyun qaçırır. Amma işinin peşəkarı olan hər bir aktyor bütün obrazları canlandırmağı bacarmalıdır. Xüsusi ilə qeyd edim ki, obraz üçün geyindiyimiz kostyumlar tamaşa zamanı aktyora heç bir maneçilik törətmir. Çünki geyim üzrə quruluşçu rəssamımız tamaşadakı hərəkətlərimizi nəzərə alaraq, yüngül paltarlar hazırlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB