Sərhəd Zöhrəbəyovun 60 illiyi qeyd olunub FOTOLAR

Sərhəd Zöhrəbəyovun 60 illiyi qeyd olunub FOTOLAR

Qusar rayon tarix diyarşünaslq muzeyində Qarabağ döyüşlərində həlak olmuş şəhid Sərhəd Zöhrəbəyovun anadan olmasının 60 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə şəhid Sərhəd Zöhrəbəyovun məzarını ziyarət edib. Tədbir rayonun tarix diyarşünaslıq muzeyində davam etdirilib.

Tədbiri giriş sözü ilə müzeyin direktoru X.Nağıbəyova açıb. Şəhid S.Zöhrəbəyovun həyatı və döyüş yolu haqqında muzeyin baş fond mühafizi Nərminə Cəlilova məlumat verib. O qeyd edib ki, Sərhəd Zöhrəbəyov 1956-cı il 14 dekabr tarixində Qusar rayonun Yasab kəndində anadan olub. 1979-cu ildə Gəncədə Kənd Təsərrüfat İnstitutunu bitirən gənc mütəxəssis təyinatla Bərbə rayonuna göndərilib. Bərdə rayonunda bir sıra kənd təsərrüfatı müəssisələrində rəhbər vəzifələrdə işləyən S.Zöhrəbəyov könüllü olaraq cəbhəyə gedib, Bərba hərbi batalyonun qərargah rəisi olub.

1992- ci ilin avqustun 24-də Dranbom uğrunda döyüşlərdə onların batalyonu ermənilərin coxsaylı bölmələri ilə qeyri- bərabər döyüşə girib, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Həmin döyüşdə Sərhəd Zöhrəbəyov qəhrəmancasına həlak olmuşdur.Ölümündən sonra sonra o, "Azərbaycan bayrağı" ordeninə layiq görülüb.

Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şerlər şöyləmiş və şəhid Sərhəd Zöhrəbəyovun həyatı və döyüş yoluna həsr olunmuş video kadrlar mümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə