85 yaşlı Orkestr

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq. SİA-nın məlumatına görə, tədbirdə orkestrin yaranmasından, Azərbaycan Televiziya və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyətindən söz açılacaq.

Konsertdə xalq çalğı alətləri orkestrinin müşayiəti ilə bir sıra xalq və bəstəkar mahnıları səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə