Zaqatalada “Multikulturalizm ili” ilə əlaqədar tədbir keçirilib

Zaqatalada “Multikulturalizm ili” ilə əlaqədar tədbir keçirilib

Zaqatala rayon Suvagil kənd folklor evində "Multikulturalizm ili" ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, azsaylı xalqların nümayəndələrinin - saxurların yaşadığı kənddə təşkil olunan tədbirdə iştirakçılar əvvəlcə rəsm əsərlərindən, milli sənətkarlıq nümunələrindən ibarət təşkil olunan sərgiyə baxış keçirib. Daha sonra kəndin tanınmış simalarından olan Sosialist Əməyi Qəhrəmanı Mina Nəzirovaya həsr olunmuş "Dağlar qızı" mahnısı ilə açıq elan olunan tədbirdə Folklor evinin müdiri Qədir Qurbanovun zurnada , xormeystr Turac Turacovun tamburda ifaları, Suvagil kənd sənətkarlıq klubunun mədəni təşkilatçısı Vüqar İsgəndərovun Azərbaycan və saxur dillərində ifa etdiyi musiqilər dinlənilib.

Tədbirdə həmçinin "Ceyranım" xalq folklor kollektivinin, oğlanlardan ibarət rəqs qrupunun müxtəlif nömrələri nümayiş olunub, məktəblilərin ifasında hər iki dildə şeirlər səsləndirilib. Zaqatala rayon İcra Hakimiyyətinin Suvagil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Soltanəli Soltanov, kənd Ağsaqqallar şurasının sədri Qeybulla Hüseynov, məktəb direktoru Carulla Əhmədov çıxış edərək "Multikulturalizm ili"ndə görülən işlərdən söz açıb, rayonda müxtəlif millətlərin nümayəndələrinin birgə, dinc şəraitdə yaşamalarından danışıb. Sonda tədbir iştirakçıları rəqsə dəvət olunub və xatirə şəkilləri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə