İradə Əlilinin yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib

İradə Əlilinin yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib

Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində şairə-publisist İradə Əlilinin yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rəşad Salmanov açaraq gecənin iştirakçılarını salamlayaraq İradə xanımı iştirakçılara təqdim edib.

Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Elçin Hüseynov, şair Gülbala Teymur və rayon sakinləri gecədə iştirak edərək öz ürək sözlərini deyiblər. Gecədə şeir həvəskarları, tələbələr İradə Əlilinin şeirlərini səsləndiriblər. Sonda şairə tərəfindən iştirakçılara yeni çapdan çıxmış kitabları hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə