Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin nümayəndə heyəti Bakıda səfərdə FOTOLAR

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin nümayəndə heyəti Bakıda səfərdə FOTOLAR

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İnternational Society for Music Education - İSME) baş katibi Angela Ruggles, üzvləri - Patrick Schmidt, Uğur Alpagut və İhsan Cem Tunçel 2018-ci ildə İSME-nin 33-cü Dünya Konfransının təşkili ilə bağlı Azərbaycanda səfərdə olublar. SİA-nın məlumatına görə, elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və Nazirliyin digər əməkdaşları İSME-nin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Dünya Konfransının Bakıda təşkili, tədbirin proqramı, qaydaları, keçirilmə yeri və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin nümayəndə heyəti səfər çərçivəsində tədbirin keçiriləcəyi məkanların seçilməsi məqsədilə Heydər Əliyev Sarayı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə