Məktəblər arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Məktəblər arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı şəhərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Moskva şəhər Qara Qarayev adına Uşaq Musiqi Məktəbi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. SİA-nın məlumatına görə, əməkdaşlıq müqaviləsini məktəblərin direktorları Azərbaycan Respublikasının əməkdar artisti Əziz Qarayusifli və İlya Sandler imzalayıblar.

Sözügedən bədii təhsil ocaqları arasında əməkdaşlığın əsasının qoyulması iki ölkə arasında mövcud olan sıx humanitar əlaqələrin bir nümunəsidir.

Qeyd olunub ki, məktəblər arasında təcrübə mübadiləsinin aparılmasında, qarşılıqlı səfərlərin təşkilində, iki xalqın mədəniyyətlərinin yetişməkdə olan gənc nəslə çatdırılmasında, ölkəmizdə multikultural ənənələrin inkişaf etdirilməsində bu cür əməkdaşlıq əlaqələrinin qurulması böyük əhəmiyyət kəsb edir.

Mərasimin rəsmi hissəsindən sonra Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifasında konsert proqramı təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə