Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) "Multikurturalizm ili"nin başa çatması və universitetin nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının 5-illiyi münasibətilə "Multikurtural dəyərlər və dadlar"adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, multikulturalizm dəyərlərinin təbliği məqsədi ilə təşkil olunan tədbirdə ATMU-nun rektoru səlahiyyətlərini icra edən s.ü.f.d.,dos Eldar Aslanov bildirib ki,ölkə Prezidenti İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi səbəbsiz deyil: " Qədim və zəngin tarixə malik olan ölkəmiz mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkanda yerləşməklə yanaşı, dinlərarası və sivilizasiyalararası münasibətlərin formalaşması müstəvisində özünün nümunəvi modeli ilə tanınır. Azərbaycanda dini və etnik zəmində heç bir qarşıdurma olmadığı tarixi faktdır vəbu gün də dövlət siyasətimizin tərkib hissəsi kimi uğurla davam etdirilir. Biz xalq olaraq insanpərvərliyə xas normaları əzəldən yaşayışımıza, fəaliyyətimizə tətbiq etmişik. Bu günkü tədbirimiz mədəniyyətlərin mehribancasına qaynayıb-qarışdığı multikultural mühitin göstəricisidir,- desək səhv etmərik. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Dövlət başçısının Azərbaycanda multikultural münasibətlərin inkişafı istiqamətində atdığı addımlar davamlı xarakter daşıyır. Hesab edirəm ki, Prezident İlham Əliyevin "Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib" fikri multikulturalizmin mahiyyət etibarilə Azərbaycanda, eləcə də multikulturalizmi gələcəkdə bəşəriyyətin inkişafının yeganə yolu hesab etməsi, bu anlayışın beynəlxalq əhəmiyyətinə aydınlıq gətirir".
Tədbirin sonunda tələbələr tərəfindən hazırlanan dünya xalqlarının milli yeməkləri, suvenirlər, parça və kağız üzərində əl işləri sərgilənib, müxtəlif dillərdə mahnılar səslənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB