“Şahdağ” Turizm Mərkəzi 2016-2017-ci il qış mövsümünü açıq elan edir
"Şahdağ" Turizm Mərkəzi dekabr ayının 15-dən etibarən 2016-2017-ci il qış mövsümünü açıq elan edir. SİA-nın məlumatına görə, turizm mərkəzi hər il olduğu kimi bu il də planlaşdırılan əyləncəli tədbirləri ilə hər kəsin zövqünü oxşayacaq.
Sayca beşinci olacaq bu qış mövsümü üçün bütün texniki hazırlıq işləri başa çatdırılmış, kanat yolları və xizək yamacları istifadəyə hazır vəziyyətə gətirilib.
Hər il olduğu kimi bu il də xizəkçilik üstünlük təşkil etsə də, aeroxizəkdə gəzinti, kanatla yüksəklikdən sürüşmə – ziplayn, kvadrosikll turları, uşaqlar üçün kirşələr, qarda tübinq, qarsıxıcı maşınlarda maraq dolu gəzinti və buz meydançası kimi qış əyləncələrinə əlavə olaraq, peyntbol, at üstündə gəzinti, uşaq parkı, paraplan və atıcılıq kimi yeni qış əyləncələri də hazırlanıb. Ənənəvi əyləncələr sırasına bu il atıcılıq və parapalan xidməti əlavə ediləcək.
Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilir və daim bələdçilərin nəzarəti altında olurlar.
Məlumat üçün bildirək ki, qonaqların mükəmməl istirahətini təşkil etmək üçün 2016-cı il ərzində həm texniki, həm də xidmət sahəsində çalışan işçilərə 200-dən çox təlim təşkil olunub. Məhz bunun göstəricisidir ki, dünya üzrə hotellərin reytinqini təşkil edən www.booking.com saytının statistikasına əsasən "Şahdağ Hotel və Spa" 9.0 balla qiymətləndirilərək, Azərbaycan üzrə 3-cü, şimal regionunda isə birinci yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB