“Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində ustad dərslər keçirilir
Dekabrın 9-dan 14-dək Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində unudulmaqda olan tikmələrin dirçəlməsi üzrə ustad dərslər keçirilir. Xalça Muzeyindən SİA-ya bildirilib ki, ustad dərslər özbək mütəxəssis Madina Kasımbayeva tərəfindən aparılır.
Unudulmaqda olan tikmələrin dirçəlməsi üzrə ustad dərslər "Azərbaycanın mədəni sərvəti" layihəsinin bir proqramıdır. Proqram UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB