Heydər Əliyev Sarayında Ümummilli Liderin anım tədbiri keçirilib

Heydər Əliyev Sarayında Ümummilli Liderin anım tədbiri keçirilib

Heydər Əliyev Sarayında ulu öndərin büstü qarşısında anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev açıb. O, Ulu Öndərin müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən, bütün sahələrdə olduğu kimi milli mədəniyyətimizin də inkişafı istiqamətində misilsiz xidmətlərindən və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.

Sonda mərasim iştirakçıları ulu öndəri dərin hörmət və ehtiramla yad ediblər. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyatı, fəaliyyəti, misilsiz xidmətləri, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən geniş məruzə ilə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə