Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, ATMU-nun rektoru səlahiyyətlərin icra edən s.ü.f.d., dos. Eldar Aslanov məruzəsində qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmasından sonra Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri dəqiq müəyyənləşdi. Dövlət həyatının bütün sahələrinin modernləşməsi mərhələsinə başlanılıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında müasir dünya elmində və praktikasında mövcud olan bir sıra modellər sırasından mədəniyyətlərin dialoqu modeli seçilərək qəbul edilib. Bu baxımdan 1993-2003-cü illər ərzində "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Turizm haqqında", "Muzeylər haqqında", bir sözlə, 2003-cü il daxil olmaqla təxminən 20-dək qanun Milli Məclisdə qəbul edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Təhsil və səhiyyə sistemlərində islahatlara başlanılıb, elm, ədəbiyyat və idmanda böyük uğurlar əldə edilib. Ümummilli Lider Heydər Əliyevin uğurlu neft strategiyası ilə tarixi inkişaf şansı qazanan və ötən illərdə böyük tərəqqi yolu keçən Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı strategiyasına uyğun olaraq turizm ikinci prioritet sahə elan olunub. Təkzibedilməz faktdır ki, Azərbaycanda eyni zamanda turizm, o cümlədən sahə sənayesinin mərhələli dinamik inkişafı ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. E.Aslanov çıxışının sonunda "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyən Ulu Öndərin həyat və geniş spektrli fəaliyyətini yol xəritəsi kimi zaman-zaman tədqiqat mövzusu olacağına inandığını deyib.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimində ATMU-nun "Dillər" kafedrasının müdiri,dos. Kəmalə Kərimova, "Doktorantura və əlavə təhsil" şöbəsinin müdiri dos.Nəsrullah Nəsirli, "Turizm və qonaqpərvərlik" fakültəsinin dekanı Rəhman Səfərov, universitetin dosentləri Məhərrəm Zülfüqarlı, İzzət Əfəndiyev, Sədaqət Mustafayeva və tələbələrin dahi rəhbərə həsr olunan şeirlərlə çıxışları mərasim iştirakçıları tərəfindən maraqla dinlənilib.
Anım mərasimi "Dahi şəxsiyyət" filminin nümayişi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB