Mədəniyyətin inkişafı naminə əməkdaşlıq

Mədəniyyətin inkişafı naminə əməkdaşlıq

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-informasiya fakültəsi ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında mövcud qanunvericiliyə və öz əsasnamələrinə uyğun olaraq, Anlaşma Memorandumu imzalanıb. SİA-nın məlumatına görə, Memorandumun məqsədi ölkəmizdə kitabxanaşünaslıq üzrə kardların yetişdirilməsində BDU-nun və Mərkəzin arasında işgüzar elmi-mədəni əlaqələrinin qurulması, kitabxanaşünas kadrların elmi potensialından muzey və kitabxanalarda səmərəli istifadə, həmçinin birgə təlim kurslarının təşkili yolu ilə ixtisaslaşma dərəcəsini artırmaq və göstərilən sahəyə müvafiq yeni elmi-metodiki üsulların axtarışlarının gücləndirilməsidir. Həmçinin, əməkdaşların müasir peşəkarlıq keyfiyyətlərinə yiyələnmələrinə xidmət edən tədbirlərin görülməsi sahəsində əməkdaşlıq istiqamətlərini müəyyənləşdirilməsidir.

Tərəflər mədəniyyətimizin tərəqqisi istiqamətində mühüm rola malik müasir kitabxanaşünas kadrların bilik və potensialından səmərəli istifadənin əlaqələndirilməsi sahəsində bərabərhüquqlu, qarşılıqlı və uzun müddətli əməkdaşlıq edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə