Komitə sədri: "Tamaşa zamanı reklam verilməsi hörmətsizlikdir" AÇIQLAMA
"Teatr tamaşası sənət əsəridir. Sənət əsərinin dünyasına kənar müdaxilə olunanda onun təsir gücü azalır. Tamaşanın getdiyi əsnada hər hansı reklamın verilməsi tamaşaçının və ya aktyorun diqqətini yayındıra bilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.
O qeyd edib ki, teatr tamaşası zamanı reklam verilməsi sənət əsərinə və onu ifa edən yaradıcı heyətə hörmətsizlikdir: "Ona görə düşünürəm ki, Milli Məclisdə "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihəsində tamaşanın gedişi zamanı reklamın verilməsinə məhdudiyyət qoyulması ilə bağlı edilən dəyişiklik tamamilə qanunauyğundur, sənətə və əsəri izləyən tamaşaçıya hörmətdən irəli gəlir. Ancaq teatrın foyesində reklamlar verilə bilər. Bunun teatrın büdcəsinə müəyyən vəsait gəlməsinə köməyi var. Ona görə, foyedə reklam verilməsinə hər hansı məhdudiyyət yoxdur".
Qeyd edək ki, Milli Məclisdə "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihəsində dəyişiklik edilib. Qanun layihəsinə əlavə edilmiş maddədə bildirilir ki, teatr tamaşası göstərilərkən reklam teatrın foyesində yayımlana bilər. Teatr tamaşasının gedişində reklam yayımlanması qadağandır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB