Yarat Müasir İncəsənət Məkanında "Şərqi hiss et" adlı Muzey Gecəsi baş tutub. SİA-nın məlumatına görə, gecədə şərq mədəniyyətinin bir çox bütün sahələrini əhatə edən silsilə tədbirlər həyata keçirilib. Gecədə həmçinin Azərbaycan klassik ədəbiyyatının ən dəyərli incilərindən olan Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasından parçalar və xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında F.Əmirovun "Nizami" simfoniyası səslənib. Tədbir çərçivəsində Azərbaycan Dövlət Yuğ Teatrı maraqlı performansla tamaşaçıların zövqünü oxşayıb. Performansda Yuğ teatrının sənətçiləri əməkdar artist Yaqut Paşazadə, Qasım Nağı və Ləman Novruzova çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB