Müasir İncəsənət Muzeyində tanınmış moldovalı jurnalist və rəssam Vasile Botnarunun "Nostalgia, pluralia tantum" adlı sərgisi açılıb. SİA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Moldovanın ölkəmizdəki səfiri George Leuka ölkələrimiz arasında gündən-günə möhkəmlənən əlaqələrdən danışıb. Son vaxtlar mədəniyyət və incəsənət sahəsində çoxsaylı birgə layihələr həyata keçirildiyini bildirən səfir vurğulayıb ki, Moldova Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirir.
Azərbaycanın Moldovadakı sabiq səfiri Namiq Əliyev bu ölkədəki diplomatik fəaliyyəti dövrünü məmnunluqla xatırlayıb. Bildirib ki, gözəl və qonaqpərvər ölkə olan Moldovada Azərbaycan mədəniyyətinə böyük maraq göstərilir.
Vasile Botnaru sərginin keçirilməsinə göstərdiyi təşkilati dəstəyə görə Müasir İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlıq edib. Onun sözlərinə görə, sərgidə nümayiş olunan əsərlərin əsas mövzusu nostalgiya və insanın daxili aləmidir.
Sonra ekspozisiya ilə tanışlıq başlayıb.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri iştirak ediblər.
Sərgi dekabrın 18-dək davam edəcək.

.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB