Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları seminarda
Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Avropa İttifaqı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Odlar Yurdu Universitetinin birgə təşkil etdiyi Bolonya prosesinə uyğun ikili diplomlar və MBA proqramı üzrə TAIEX Seminarında iştirak ediblər. SİA-nın məlumatına görə, seminar zamanı Azərbaycanda və Avropa İttifaqına üzv ölkələrdə MBA proqramları (qeydiyyat prosedurları, və kredit tələbləri), Avropa İttifaqı və Azərbaycanda birgə və ikili dərəcə diplom təhsili və Bolonya prinsipləri çərçivəsində Avropa İttifaqı və İttifaqa üzv olmayan ölkələrdə birgə və ikili dərəcə diplomların tanınması prosedurları məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB