Nazim Səmədov ilə BM ÜTT-nin baş direktoru ilə görüşüb

Nazim Səmədov ilə BM ÜTT-nin baş direktoru ilə görüşüb

Bolqarıstan Respublikasının Sofiya şəhərində təşkil edilən "Dünya sivilizasiyaları və yaradıcı turizm" mövzusunda beynəlxalq konqres çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BM ÜTT) Baş direktoru Taleb Rifai və Bolqarıstan Respublikasının baş naziri Boyko Borisov arasında ikitərəfli görüşlər keçirilib. SİA-nın məlumatına görə,

Taleb Rifai ilə görüşdə BM ÜTT ilə Azərbaycan arasında əməkdaşlıq səviyyəsi yüksək qiymətləndirilib. Baş katib ölkəmizin BM ÜTT-nin İcraiyyə Şurasına sədrliyi müddətində şuranın fəaliyyətinin daha effektli və məhsuldar olacağına inamını ifadə edib.

Baş nazir Boyko Borisov ilə görüşdə ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olması qeyd edilib. Mədəniyyət və turizm sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilərək əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Hər iki görüşdə Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmasına görə Azərbaycan Hökumətinə dərin minnətdarlıq ifadə edildi və bu addım Bolqarıstan mədəni irsinin qorunmasına, eləcə də ölkədə turizmin inkişafına verilən töhfə kimi dəyərləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə