ADİS-lə Beynəlxalq Mübarizə günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində ADİS-lə Beynəlxalq Mübarizə günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Yetginlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloq Emin Babayev, Bakı şəhər Narkoloji dispanserin həkim narkoloqu Asif Kəngərli, Yasamal rayonunda fəaliyyət göstərən 1saylı Bakı Baza Tibb kollecinin, Pedaqoji kollecin, Rabitə və nəqliyyat kollecinin müəllim və tələbə kollektivləri iştirak ediblər.
Bakı şəhər Narkoloji dispanserin həkim narkoloqu Asif Kəngərli çıxışında bildirib ki, QİÇS-lə mübarizə gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini bu problemlə mübarizədə bir araya gətirməkdir. Həmçinin, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemoloji Nəzarət Narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər, Azərbaycanda İİV-QİÇS-lə bağlı vəziyyət, profilaktika tədbirləri və qorunma yolları mövzusunda ətraflı məlumat verib.
Tədbirin qonaqları Mərkəzin " Muzey" bölməsi ilə tanış olublar, ulu öndərin büstünü ziyarət edərək umummilli liderin əziz xatirəsini yad ediblər.
Sonda Asif Kəngərlinin "Bəla" pyesinin III pərdəsindən film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB