"Eurovision-2017" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək. Bu barədə "RİA Novosti" məlumat yayıb. Xəbərə görə, bu barədə müsabiqənin təşkilatçısı olan "UA:Birinci" Ukrayna milli telekanalının mətbuat xidmətinin məlumatında bildirilir. Qeyd edək ki, "Eurovision-2016" müsabiqəsinin qalibi "1944" mahnısı ilə ukraynalı müğənni Camala olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB