“Mədəniyyət siyasəti və onun prioritet istiqamətləri” FOTOLAR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Kollegiya iclasına hazırlıq məqsədi ilə 01.12.2016-cı il tarixində Şəmkir şəhərində Səmkir rayonunda fəaliyyət göstərən Mədəniyyət müəssisələrində çalışan əməkdaşlar üçün təşkil olunmuş görüş keçirilib.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə keçirilmiş "Mədəniyyət siyasəti və onun prioritet istiqamətləri" adlı görüşdə Səmkir rayonun mədəniyyət və turizm şöbəsinin müdiri Əsgər Ələsgərov, Mərkəzin direktoru Asif Usubəliyev, əməkdaşları Məzahir Qarayev və Nurəddin Babayev Azərbaycanda reallaşan mədəniyyət siyasətinin prioritetlərini bildirərək bu istiqamətdə potensialların səfərbər olunmasının vacibliyini qeyd ediblər. Həmçinin, regionlarda mədəniyyət müəssisələrinin imicinin formalaşmasına və nüfuzunun artırılmasına mədəniyyət işçilərini dəvət ediblər.
Qeyd edək ki, Kollegiya iclası zamanı səslənə biləcək problemlərin müzakirəsi çərçivəsində xüsusi olaraq əməkdaşların təhsili, təşəbbüskarlıq mühitinin inkişafı, habelə rayon mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi kimi vəzifələr ətraflı müzakirə olunub.
.jpg)
.jpg)

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB