Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib FOTOLAR
Sumqayıt şəhər Poeziya Evində Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri şairin "Zirvə" şeiri ilə açan Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı yubilyar şairin ömür və yaradıcılıq yolundan söz açıb və şairi yubileyi münasibətilə təbrik edib.
Tədbirdə çıxış edən qonaqlar Nəriman Həsənzadə yaradıcılığı haqqında ətraflı çıxış edib, şairlə bağlı maraqlı xatirələrini söyləyiblər.
Tədbirdə bədii qiraətçilər Gülbəniz Abbasova, Amil Babayev və Elvin Əlizadənin ifasında şairin müxtəlif illərdə yazdığı şeirlər böyük maraqla dinlənilib, xanəndə Təhmiraz Şirinovun ifasında səslənən mahnılar, Aşıq İlham Aslanbəyli, Aşıq Şəhriyar Qaraxanlı, Aşıq Pəri məclisinin gənc nümayəndələrinin ifasında saz havaları xoş ovqat yaradıb.
Sonda Sumqayıtda son zamanlar gedən quruculuq işlərindən söz açan xalq şairi Nəriman Həsənzadə tədbirin təşkilatçılarına öz səmimi minnətdarlığını bildirib, həyatı və fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb, şeirlərindən nümunələr söyləyib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB