“Azərbaycan turizm diyarıdır” FOTOLAR

“Azərbaycan turizm diyarıdır” FOTOLAR

Mingəçevir Turizm Kollecində "Azərbaycan turizm diyarıdır" mövzusunda elmi-nəzəri konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda giriş nitqi ilə çıxış edən kollecin direktoru Əyyub Əyyubov turizm fənn müəllimlərinin bu təşəbbüsünü yüksək qiymətləndirmiş və turizmin ölkə iqtisadiyyatının prespektivli sahəsi olduğunu qeyd edib. Bu sahədə araşdırılmalı çoxlu aktual mövzunun olduğunu bildirərək müəllimləri bu məsələlərə diqqət göstərməyə çağırıb.

Konfransda müəllimlərdən Aynurə Abbasova, Aydın Rəhimov, Elşad Səmədov, İqbal Xuduyev, Bəhruz Kərimov və Vüqar Nağıyev müvafiq olaraq "Bakı-Xaçmaz turizm marşrutu", "Bakı-Astara turizm marşrutu", "Bakı-Balakən turizm marşrutu", "Bakı-Qazax turizm marşrutu", "Bakı-Abşeron yarımadası-Qobustan turizm marşrutu" və "Bakı-Naxçıvan, Bakı-Şuşa turizm marşrutu" mövzuları üzrə məruzələrlə çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə