ATMU-da IV İslam Həmrəylik Oyunlarının könüllülük proqramının təqdimatı keçirilib FOTO
Azərbaycan Turizm və Menecment Universitetində "Bakı 2017" IV İslam Həmrəylik Oyunlarının könüllülük proqramının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, ATMU-nun rektoru səlahiyyətlərini icra edən s.ü.f.d.,dos.Eldar Aslanov tələbələri "Könüllü ol, uğurlu gələcək qur!" devizi altında keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında fəal iştiraka səsləyib. E.Aslanov "Bakı 2017" IV İslam Həmrəylik Oyunlarında minlərlə könüllünün dil bilikləri və bacarıqlarına uyğun müxtəlif sahələrdə işləməklə bərabər, eyni zamanda təcrübə qazanacaqlarını bildirib. İslam Həmrəyliyi Oyunları və könüllülük proqramının mahiyyəti barədə tələbələri məlumatlandırıb.
Təqdimat mərasimində İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri bu oyunların tarixi, nəzərdə tutulan idman növləri, yarışların keçiriləcəyi məkanlar, iştirakçı dövlətlər və bu oyunlarda könüllü ola bilmənin qaydaları barədə təqdimat keçiriblər.
Qeyd edilib ki, Baku-2015 Avropa Oyunları və Formula-1 yarışlarından fərqli olaraq, İslam Həmrəyliyi Oyunlarında tələbələrlə yanaşı, müəllimlər də könüllülük əsasında fəaliyyət göstərə biləcəklər. Könüllü olmaq üçün qeydiyyatdan keçməyin qaydalarını izah edən nümayəndələr qeydiyyat vaxtının dekabr ayının sonuna qədər davam edəcəyini diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB