Mərhum Qədir Rüstəmovun ad günüdür

Mərhum Qədir Rüstəmovun ad günüdür

Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, xalq artisti, xanəndə Qədir Rüstəmovun bu gün doğum günüdür. SİA-nın məlumatına görə, mərhum xanəndənin 81 yaşı tamam olur. Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib. Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları - "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında "Sona bülbüllər" mahnısı xüsusilə sevilib. Yüksək testituralı səsə malik Qədir Rüstəmov bütün registrlərdə səs keyfiyyətini nümayiş etdirməyi bacarıb.

Qədir Rütəmov 2011-ci il dekabrın 13-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Məzarı Bakı şəhərindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə