Elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Ümummilli Lider Heydər Əliyev "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərman imzalayıb. SİA-nın məlumatına görə, bu Fərmana uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılmış və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.
Prezident təqaüdçüləri olan gənc istedadlı musiqiçilərin respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq paytaxt və bölgələrdə Prezident təqaüdçülərinin konsertlərini təşkil edir.
2016-cı ilin may ayında Gəncə şəhərində, sentyabr ayında isə Biləsuvar şəhərində Prezident təqaüdçülərinin konsertləri keçirilmişdir. Bakı şəhərində keçiriləcək növbəti konsert "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə həsr olunur. Konsertdə gənc istedadlar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB