Mədəniyyət və Turizm Nazirliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əməkdaşlığı çərçivəsində Cəmiyyətin Cənubi Qafqazda Özəl Sektorun İnkişafı Proqramı Göygöl Milli Parkın ətrafında yerləşən kəndlərdə turizmin təşviqinə hədəflənmiş pilot layihəni həyata keçirir. SİA-nın məlumatına görə, bununla bağlı, kəndlərdə evlərini turistlərə kirayə verən sahibkar üçün 19 oktyabr 2016-cı il tarixində Latviyanın Kənd Turizm Assosiasiyasının (Lauku Celotajs) eksperti cənab Yuris Smalinskis tərəfindən "Kənd turizminin inkişafında beynəlxalq təcrübə" mövzusunda ilk təlim keçirilib.
Bu tədbirin davamı olaraq təlim iştirakçıları üçün Latviya Respublikasına 13-19 noyabr 2016-cı il tarixlərində səfəri təşkil olunub. Səfərin əsas məqsədi Lauku Celotajs-ın kənd qonaq evlərinin sahibləri ilə əməkdaşlıq təcrübəsini öyrənmək və turizm xidmətlərinin çeşidi barədə məlumat toplamaq idi. Səfərə həmçinin Nazirliyin Turizm Şöbəsinin, "Kənd yaşıl turizminin inkişafına dəstək" İçtimai Birliyinin, Baku Travel Tourism MMC-nin nümayəndələri qatılıblar.
Səfər iştirakçıları Lauku Celotajs-ın prezidenti xanım Asnate Ziemele tərəfindən qəbul edilmiş və assosiasiyanın çoxşahəli fəaliyyəti barədə dolğun məlumat əldə ediblər. Daha sonra onlar Latviyanın əsas tarixi və mədəni regionlarından biri sayılan Vidzeme əyalətində yerləşən Gauja Milli Parkının ərazisində yerləşən qonaq evlərinə və digər turizm müəssisələrinə səfər edib.
Bunun nəticəsi iştirakçılar arasında müzakirə edilib və kənd qonaq ev sahiblərinin bacarıqlarının artırılması məqsədilə GIZ tərəfindən növbəti təlimlər barədə razılaşma əldə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB